Play Store

Bakıda qəza - Turistlər xəsarət alıb / FOTOLAR

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Metbuat.az bildirir ki, turistlər xəsarət aldığı yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.

Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu "Report"un hadisə yerində olan əməkdaşlarına bildirib ki, o avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.

Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra "Nissan" beton səkiyə çırpılıb. Nəticədə "Nissan"da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillər isə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.//Report

Xarici valyutaların manata qarşı məzənnələri - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR