QHT-lərə Dövlət Dəstəyi Şurasında məlumatlandırma sessiyası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında məlumatlandırma sessiyası keçirilib
22:13 6 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında 2015-ci ilin birinci maliyyə müsabiqəsi çərçivəsində maliyyələşdirilən insan hüquqları və demokratiya və şəffalıq məsələləri istiqamətləri üzrə layihələrin rəhbərlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib.
Toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektiv nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metodologiyası ilə bağlı məlumat verib.
Katibliyin əməkdaşları Elnur Bağırlı və Mirzağa Zahidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıblar.
Sessiyada QHT rəhbərlərinin layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı sualları cavanlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/QHT_lere_Dovlet_Desteyi_Surasinda_melumatlandirma_sessiyasi_kechirilib-844087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR