Qəbizliyin qarşısını alır -Min dərdin dərmanı

Professor Mehmet Öz orqanizmə faydalı omeqa-7 ilən zəngin bitkini açıqlayıb.

Metbuat.az xəbər verir ki, həkimin sözlərinə görə, çaytikanı omeqa-7 ilə zəngindir. Bəs, bitkinin orqanizmə faydaları nələrdir?

Çaytikanı qəbizliyin qarşısını alır. Ürək və şəkər xəstəlikləri üçün faydalıdır. Zərərli yağların orqanizmdə yığılmasını əngəlləyir.

Göz quruluğu, öskürək, saç və dırnaq tökülməsi kimi müxtəlif xəstəlikləri də müalicə edən çaytikanı yara və iltihabın müalicəsində istifadə edilir.

Antioksidantla zəngin olan bitki bağırsaq divarını gücləndirərək həzm sistemini işlədir. Çəkiyə nəzarətə yardım edir. Pəhriz saxlayanların əvəzedilməz bitkisidir.

Aysel Yaqubqızı / Metbuat.az

Kompüter arxasında necə əyləşək?

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR