Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır

Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
21:16 6 Aprel 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

"LUKoil" neft şirkəti Xəzər dənizinin şimalında yataqların təchiz olunması və kəşfiyyatı üçün 350 milyard rubl (6 min 745 milyon AZN) dəyərində intestisiya yatırmaqda maraqlıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə “LUKoil-Nijnevoljkneft”şirkətinin direktoru Nikolay Lyaşko açıqlama verib.

Onun sözlərinə görə, "LUKoil" şirkəti Xəzər dənizinin şimalında yataqların kompleks şəkildə mənimsənilməsi sisteminin hazırlayıb.

"Bura 25 platforma daxildir. Bu platformalarda görüləcək işlər üçün 350 milyard rubldan artıq sərmayə yatırılacaq", - deyə Lyaşko bildirib.

O bildirib ki, şirkət Xəzər dənizinin Rusiya hissəsini kompleks şəkildə araşdırıb və 21 quyu qazılıb.

Qeyd edək ki, "LUKoil" neft şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=336213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR