Beynəlxalq İdman Günü ilə əlaqədar Marneulidə məktəblilər arasında yarışlar keçirilib

Beynəlxalq İdman Günü ilə əlaqədar Marneulidə məktəblilər arasında yarışlar keçirilib
22:18 6 Aprel 2015
133 İdman
Ölkə mətbuatı
A- A+


Tbilisi, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Beynəlxalq İdman Gününə həsr olunan turnir keçirilib.
Marneuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif kənd məktəblərinin şagirdləri qüvvə və bacarıqlarını nümayiş etdiriblər.
Rayon icra hakimiyyətinin idman və gənclər şöbəsinin müdiri Mamuka Naveriyani Marneuli Rayon Mədəniyyət Evinin qarşısında toplaşan məktəbliləri bayram münasibətilə təbrik etdikdən sonra iştirakçılara yarışlar və qaydalar barədə məlumat verilib.
Sonra məktəblilər arasında marafon yürüşünə start verilib.
Marafon başa çatdıqdan sonra məktəblilər “Cəngi” havasının sədaları altında güləş və qol güləşi üzrə qüvvələrini nümayiş etdiriblər.
Sonda Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili qaliblərə qiymətli hədiyyələr təqdim edib.
Mamuka Naveriyani tədbirlə bağlı AZƏRTAC-ın müxbirinə deyib: “Bu gün bütün dünya Beynəlxalq İdman Gününü qeyd edir. Rayonumuzda ilk dəfədir ki, bu bayramı qeyd edirik. Düşünürəm ki, belə tədbirlər gənc nəslin sağlam böyüməsində, eləcə də milli azlıqlar arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Idman_Gunu_ile_elaqedar_Marneulide_mektebliler_arasinda_yarislar_kechirilib-844088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR