Azərbaycanda müğənni bıçaqlandı - Restoranda dava

Şadlıq evində müğənni bıçaqlanıb.

Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub.

25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən avtomobil vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır. //Xezerxeber

Daha bir müğənninin "qanuni oğru"larla bağlantısı üzə çıxdı - FOTO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR