Play Store

İtən helikopterlə əlaqə saxlamaq mümkün oldu - Rusiya

Rusiyanın “Mi-8” helikopteri ölkənin şimalında yerləşən Komi Respublikasına bağlı Uhta şəhərinə təcili eniş edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təcili enişdən sonra helikopterlə əlaqə kəsilib.

Axtarış və xilasetmə qrupları bölgəyə göndərildikdən sonra helikopterin pilotu ilə əlaqə saxlamaq mümkün olub. Pilot bildirib ki, ekipaj üzvləri arasında ölən yoxdur, ancaq yaralı olub-olmadığı məlum deyil. Onun sözlərinə görə, helikopterin mühərriki içərisindəki problemlər səbəbilə təcili eniş etməli olub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR