Play Store

Putin ABŞ-ı ittiham etdi Seçkiyə müdaxilə qalmaqalı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı ittiham edib.

Metbuat.az-ın məlumatına görə, Putin bildirib ki, amerikalılar 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində problem yaratmaqla məşğuldur. Onun sözlərinə görə, Vaşinqton, Donald Trampın qələbə qazandığı seçkilərə Moskvanın müdaxilə etdiyini iddia edərək, Rusiyadakı seçkilərdə eyni cəhdi etmək istəyir.

Qeyd edək ki, Moskvanın ABŞ-da ötən il keçirilən prezident seçkilərinə müdaxilə etməsi məsələsi hələ də gündəmdədir. Trampın əhatəsindəki bir neçə önəmli şəxsinRusiya ilə əlaqələri araşdırılır. Digər tərəfdən, Donald Tramp 13 günlük Asiya turunda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır. Görüşün bu gün Vyetnamda keçirilməsi ilə bağlı iddialar səsləndirilsə də, ABŞ prezidentinin sözçüsü Sara Sanders bunu təkzib edib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR