Play Store

Efir məkanında ilk dəfə - ATV və 106.3 FM Cocuq Mərcanlıdan canlı yayım etdi - VİDEO / FOTOLAR

Hər zaman yeni layihələrə imza atan Azad Azərbaycan televiziyası və 106.3 fm radiosu 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən canlı yayımlanıb.

Metbuat.az-ın məlumatına görə, düşmənlə bir neçə kilometr məsafədən həyata keçirilən canlı yayım dövlət himninin səsləndirilməsi ilə başlayıb. Canlı yayımla yanaşı Cocuq Mərcanlıda həm də konsert proqramı təşkil edilib. Konsert proqramında Cocuq Mərcanlı qəsəbəsinin sakinləri ilə yanaşı N saylı hərbi hissənin əsgər və zabitləri də iştirak edib. Çıxış edən kənd sakinləri 106.3 fm radiosunun və Azad Azərbaycan televiziyasının onlara göstərdiyi bu diqqəti özləri üçün mənəvi dəyər kimi qiymətləndiriblər.

Sözügedən buraxılışdan video və fotoları təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR