Play Store

“Bakıda qadın ərini baltaladı”, "Qadın kişini bıçaqladı” - Nə baş verir?

Son günlər kişilərə qarşı zorakılıq hallarının sayı artıb.

Bakıda qadın kişini bıçaqladı”, “Bakıda qadın ərini baltaladı” başlıqlı xəbərlərə demək olar ki hər gün rast gəlirik. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik.

Bununla bağlı Metbuat.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu gün çoxları qadının kişini döyməsi, yaxud da öldürməsini dəstəkləyir.

“Sosial şəbəkədə bununla bağlı müxtəlif rəylər var. Məsələn, “Necə ola bilər ki, kişi qadını öldürə bilir, qadınlar kişini öldürə bilmir?” kimi. Bir məsələdə haqlıdırlar ki, uzun müddət zorakılığa məruz qalmış şəxs özünümüdafiə məqsədilə, yaxud affekt vəziyyətdə qarşı tərəfə zərər yetirə bilər. Amma məsələnin daha dərinliyinə nəzər yetirsək, görərik ki, bu adamların ölkədə mövcud olan qurum və xidmətlərdən xəbəri yoxdur. Bu cür ailələr polisdə və icra hakimiyyətində qeydiyyatda olubsa və istiqamətləndirilməyibsə, bu zaman biz passiv iştirakçıyıq. İcra hakimiyyətlərində bu məsələ ilə bağlı komissiyalar var. Bu komissiyalar həmin ailələrlə iş aparmalı idi. Yaxud ailələr alternativ xidmət qurumlarına müraciət etməli idi. Ailədə bu proses gedibsə və heç kimin bundan xəbəri olmayıbsa, televiziyanın iştirakını tənqid etməliyik. Televiziyalar bu hadisələrə qarşı kifayət qədər passivdir. Bu cür hadisələrin qarşısının alınması üçün onlar reklam, xidmət paketləri haqqında məlumat verməlidir. Nə qədər ki, televiziyada məlumatlandırma yoxdur, yerli icra hakimiyyətinin nəzdində olan kommisiyalar da təhlükəni qiymətlərndirməyi bacarmayır, belə hadisələrin olması mümkündür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

SON 5 GÜN: Oxuyun ki, cərimə ödəməyəsiniz... – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR