Neft bahalaşdı, dollar ucuzlaşdı

Neft bahalaşdı, dollar ucuzlaşdı
22:36 6 Aprel 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Moskva birjasında dolların məzənnəsi bu il ilk dəfə olaraq 56 rubldan, avronun məzənnəsi isə 61,55 rubldan aşağı düşüb.

ANS PRESS-in məlumatına görə, dollar və avronun ucuzlaşması dünya bazarlarında neftin bir barrelinin qiymətinin bahalaşması fonunda baş verir.

Bu fonda rubl 0,3 - 2,2% bahalaşıb.

Qeyd edək ki, ötən ay Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artım müşahidə edilmişdi.

1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində olmuşdu. Ümumiyyətlə son aylar rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=335909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR