Ər-Riyad husilərlə mübarizə aparmaq üçün Pakistandan yardım istəyib

Ər-Riyad husilərlə mübarizə aparmaq üçün Pakistandan yardım istəyib
22:37 6 Aprel 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Səüdiyyə Ərəbistanı Yəməndəki husi üsyançılarla mübarizə məqsədləri ilə İslamabaddan yardım istəyib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə əsasən, Pakistanın Müdafiə naziri Həvaca Məhəmməd Asif bildirib ki, Ər-Riyad hərbi gəmi, aviasiya və əsgəri güvvə istəyib.
Pakistanlı nazir İslamabadın koalisiyaya qoşulmaq barədə Ər-Riyadın təklifinə necə münasibət bildirəcəyini açıqlamayıb. Bu məsələ hazırda Pakistan parlamentində müzakirə olunur.
Frans Press agentliyinin məlumatına əsasən, Pakistan indiyədək Yəmən münaqişəsinin sülh yolu ilə həll olunması mövgeyindən çıxış edib.
Səüdiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri Koalisiyası iki həftəyə yaxındır kı, Yəmən üsyançılarının mövgelərini bombalayır.
Hər iki tərəf danışıqlara hazır olduğunu bildirərkən, Yəmən hüsiləri danışıqlara başlamaq üçün əsas şərt kimi bombardmana son qoyulmasını tələb ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/er-riyad-husilerle-mubarize-aparmaq-ucun-pakistandan-yardim-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR