Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün layihə həyata keçirilir

22:38 6 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi “Əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması” layihəsini həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihə iyulun 1–dək davam edəcək.
Şuradan AZƏRTAC-a bildirilib ki, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və təhsilə marağını artırmaq istəyən xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr bu layihədə iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xususi_qaygiya_ehtiyaci_olan_usaq_ve_yeniyetmeler_uchun_layihe_heyata_kechirilir-844095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR