Ağ Ev: İrana qarşı sanksiyaların ləğvi proseduru hələ müzakirə edilməyib

Ağ Ev: İrana qarşı sanksiyaların ləğvi proseduru hələ müzakirə edilməyib
22:52 6 Aprel 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa) və Almaniyadan ibarət "altılıq" ölkələri arasında müzakirə olunan nüvə razılaşması çərçivəsində Tehrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvinə dair qərarlar hələ razılaşdırılmayıb.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Onun sözlərinə görə, sanksiyaların ləğvi proseduru gələcək müzakirələrin predmetidir.
"Bu məsələ hələlik açıq qalır. Konkret razılaşma mövcud deyil. Gələcək müzakirələrin predmetidir" - deyə C.Ernest vurğulayıb.
Qeyd edək ki, aprelin 2-də Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsal gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları beynəlxalq nəzarətdə olacaq.
Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ag-ev-i-rana-qarsi-sanksiyalarin-legvi-proseduru-hele-muzakire-edilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR