Ağsu dolaylarında hazırkı vəziyyət

Ağsu dolaylarında hazırkı vəziyyət
16:05 9 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

İki gündür yağan qar Bakı-Şamaxı-Yevlax avtomagistralının dağlıq ərazilərində, Ağsu dolaylarında bir sıra çətinliklər yaradıb. Yollar buz bağlayıb. Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylarda yolun hərəkət hissəsinin qar və buzdan təmizlənməsinə cəlb olunub.

Milli.Az El TV-ə ( Region Tv) istinadən xəbər verir ki, yola qum və duz səpilib. Yolda avtomobillər normal hərəkət edə bilir. Yol İstismar İdarəsinin işçiləri üç növbəli iş rejminə keçib. İdarədə kifayət qədər qum, duz ehtiyatı yaradılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR