Brüssel Rusiya-yunan ülfətindən əsəbiləşib

Brüssel Rusiya-yunan ülfətindən əsəbiləşib
22:03 6 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 6 aprel AZƏRTAC
“Söz azadlığı, yığıncaq azadlığı var. Yunanıstanın məsul şəxslərinin Rusiyaya səfəri barədə heç bir şərhimiz yoxdur”. Aprelin 8-də Yunanıstanın baş nazirinin Moskvaya gözlənilən səfərinə Avropa Komissiyasının münasibəti barədə suala qurumun mətbuat katibinin cavabı belə qısa, həm də kinayəli olub.
Xatırladırıq ki, səfər ərəfəsində Aleksis Tsipras Rusiyanın TASS Agentliyinə müsahibə verib. Müsahibədə o, Aİ-nin Rusiyaya qarşı sanksiyalarını “boşluğa aparan yol” adlandırıb. Yunanıstanın baş naziri həmçinin bildirib ki, o, iyunun sonunda müddəti başa çatan sanksiyaların vaxtının uzadılması əleyhinədir.
A.Tsipras Yunanıstan ilə keçmiş SSRİ arasında “qardaşlıq münasibətlərindən” danışır. O, eyni zamanda müsahibədə qeyd edib ki, hər iki ölkənin xalqları İkinci Dünya müharibəsində nasist Almaniyasına qarşı birgə vuruşublar. TASS Agentliyi Yunanıstanın baş nazirinin bu sözlərini sitat gətirir: “Bizim birgə mübarizə apardığımız gözəl keçmişimiz, ümumi irəliləyişimiz var və bizim gözəl gələcəyimiz də ola bilər”.
A.Tsiprasın Siriza partiyasının nümayişkaranə şəkildə Moskva ilə yaxınlığı Brüssel diplomatlarında nəzərəçarpacaq narahatlıq doğurur. Doğrudanmı Yunanıstan Rusiya tərəfdən cavab iqtisadi güzəştlərə nail olmaq üçün Aİ-nin vahid xarici siyasət xəttindən kənara çıxa bilər? Avropa parlamentində XDİ/XSİ mühafizəkar alman partiyaları qrupunun başçısı Herbert Royl kəskin şəkildə deyib: “Aİ-də üzvlük fırıldaqçılığa deyil, etibara və etimada əsaslanır. Odla oynayan və Rusiyada kömək axtaran özü odda yana bilər”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brussel_Rusiya_yunan_ulfetinden_esebilesib-844099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR