Bu oyunu oynayıb intihar etdi - Çox təhlükəlidir...

Milyonlarla uşağı təsirinə alan “Mavi balina” oyunu Türkiyənin Ordu şəhərində ölümə səbəb olub.

Metbuat.az xəbər verir ki, Ordu şəhərinin Altınordu kəndinin sakini 17 yaşlı İbrahim Can Duman “Mavi balina” oyunundakı təlimatı yerinə yetirmək üçün qaz borusundan özünü asaraq intihar edib.

Gəncin cansız bədəni Məhkəmə Tibbi Ekspertizası üçün aparılıb.

İddiaya görə, İbrahim Canı intihara sürükləyən “Mavi balina” oyunudur. Türkiyədə son dövrlərdə məşhurlaşan bu oyun səbəbi ilə 142 gəncin intihar etdiyi irəli sürülür. “Mavi balina” oyununda 50 tapşırıq verilir. Bu tapşırıqları yerinə yetirən oyunçu sonda özünü asaraq, ya da yüksəklikdən ataraq intihar edir.

Aysel Yaqubqızı / Metbuat.az

Putin ABŞ-ı ittiham etdi Seçkiyə müdaxilə qalmaqalı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR