MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq

MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq
22:17 6 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının iclası olacaq
Aprelin 14-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası olacaq. Bu barədə Report AZƏRTAC-a istinadən xəbər verir.
Növbəti iclasda Birliyin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları, qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində MDB Şurasının və İcraiyyə Komitəsinin vəzifələri, 1941-1945-ci illərin Böyuk Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümünə hazırlıq görülməsi və Qələbənin bayram edilməsinə dair Əsas tədbirlər planının həyata keçirilməsinin gedişi, MDB-nin 25 illiyinə hazırlıq və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/mdb-nin-menzil-qerargahinda-birliyin-daimi-numayendeler-surasinin-iclasi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR