İnsanı ölümə aparan içkilər (VİDEO)

İnsanı ölümə aparan içkilər (VİDEO)
23:31 6 Aprel 2015
127 Sosial
Ölkə mətbuatı
A- A+

Energetik içkilərdən istifadə zamanı sağlamlığınızda bunun fəsadlarını hiss edirsiniz.

Bu gün gənclərin daha çox istifadə etdiyi energetik içkilərin fəsadları, xeyrindən daha çoxdur. Bu içkilər orqanizmə qəbul edildikdə 3-4 saat ərzində öz təsirini göstərir. Xüsusilə halsızlıq və yuxusuzluq kimi hallarda qəbul olunan bu içkilər orqanizmə qüvvət verir. Lakin onların tərkibindəki vitaminlər multivitaminləri əvəz edə bilmir.

Energetik içkilərin əksəriyyəti qazlı olur və tərkibində B qrupu vitaminlər üstünlük təşkil edir. Bu içkilərdən uşaqların, hamilə qadınların, ürək-damar sistemindən əziyyət çəkənlərin istifadəsi yolverilmzədir.

Həkim-terapevt Şəmsiyyə Namazovanın sözlərinə görə, gün ərzində 2 bankadan artıq energetik içki qəbul etmək olmaz. Çünki, onlardan həddən artıq istifadə əksinə orqanizmi qüvvədən salır:

“Şəkər xəstələrində şəkərin qalxmasına yol açır. Bəzi energetik içkilərin tərkibində spirt olur ki, bu da hipertoniya xəstəliyində əziyyət çəkənlərə mənfi təsir göstərir. Belə ki, arterial təzyiqin qalxması vəya düşməsinə səbəb olur ki, nəticədə ürək-damar sistemi bundan zərər görür. Bu cür xəstələrə energetik içkilərin qəbulu məslət deyil”.

Hazırda ölkəmizə energetik içkilərdən yalnız 4-5 çeşidinin gətirilməsinə icazə var. Lakin bazarda ən azı 10 adda belə içkilərin satıldığını görürük. Bu isə onu göstərir ki, qeyri-qanuni yollarla ölkəyə gətirilən bəzi içkilər daha təhlükəlidir. Ən azından ona görə ki, onların tərkibi yoxlanılmır.

Tərkibi yoxlanılan energetik içkilərsə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin labaratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Satışda olan energetik içkilərsə, daim nəzarətdədir. Bunu Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev deyir.

Onun sözlərinə görə, bu içkilərin orqanizmə yüksək doza ilə qəbul olduqda fəsadı var, belə də ciddi fakt aşkarlanmayıb:

“Alkaqolsuz, yəni energetik içkilərdə müxtəlif qarışıq məhsullar var. Və bu məhsular bir arada qarışdırıldıqda insanlar bu və ya digər formanda öz təsirini göstərə bilər. Amma bu günə kimi ciddi bir fakt aşkarlanmayıb”.

Bu içkilərin içilməsi sözsüz ki, insanda asılılıq yaradır və uzunmüddətli istifadədən sonra mənfi təsirini göstərir. Odur ki, dahi şair Nizami Gəncəvi demişkən: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

Mənbə
ANS TV: Vəfa Təyyarqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=336259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR