Azərbaycan və Türkiyə Ukraynada hərəkətə keçdi

Azərbaycan və Türkiyə Ukraynada hərəkətə keçdi
22:46 6 Aprel 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukrayna Parlamentində 450 nəfər millət vəkili var. Onların 225-i proposional, 225-i isə majoritar qaydada seçiliblər. Hər bir millət vəkilinin də istənilən məsələ ilə bağlı Milli Məclisə müxtəlif qanun layihələri təqdim etmək hüququ var. Deputatlardan hansısa birinin müəyyən təşəbbüslərlə çıxış etməsi hakim partiyanın, hökumətin və yaxud Ukrayna xalqının mövqeyi kimi qəbul olunmamalıdır. O cümlədən də majoritar qaydada Ali Radaya seçilmiş, bitərəf deputat Vitali Barvinenkonun qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı hazırladığı qanun layihəsi heç bir halda rəsmi Kiyevin mövqeyini əks etdirmir”.

Bunu ANS PRESS-ə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qondarma “erməni soyqrımı” ilə bağlı qanun layuhəsinin Ukrayna Ali Radasına təqdim olunmasına və bu təşəbbüsünə doğurduğu reaksiyalara münasibət bildirərkən deyib: “Ermənilər istəyirlər ki, Ukrayna-Azərbaycan və Ukrayna-Türkiyə münasibətlərinə xələl gəlsin”.

H.Cavadovun sözlərinə görə, qanun layihəsinin parlamentə təqdim olunması o demək deyil ki, sənəd müzakirəyə çıxarılacaq və yaxud müzakirə olunarsa qəbul olunacaq: “Ümummiyyətlə, nəzərinizə çatdırım ki, həmin deputatın öz həmkarları arasında elə bir avtoriteti yoxdur. Mən bunu öz adımdan deyil, Ali Radada olan digər deputatlarla apardığımız söhbətə əsaslanaraq deyirəm. Bu məsələyə Ukraynada o qədər də ciddi yanaşmırlar. Ola bilər ki, deputat Vitali Barvinenkoya ermənilərin havadarlıq etdiyi çevrlərin təsiri olsun. Bununla da bağlı biz digər deputatlarla söhbət etmişik. Qanun layihəsi ətrafına piar işinin qurulması da elə həmin çevrələr tərəfindən təşkil oluna bilər. Əlbəttə, ermənilər istəyirlər ki, Ukrayna-Azərbaycan və Ukrayna-Türkiyə münasibətlərinə xələl gəlsin. Lakin biz də əlimizi-qolumuzu sallayıb dayanmamışıq. Biz həmin qanun layihəsilə bağlı xəbəri alan kimi Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıq. Məlumat aldıq ki, səfirimiz cənab Eynulla Mədətli həm Kiyev şəhər meriyasına, həm də Ali Radanın sədrinə məktub ünvanlayıb. Özü də bu məktublar həmin deputatın hazırladığı qanun layihəsi parlamentə təqdim olunmazdan əvvəl göndərilib. Bilirsiniz ki, ermənilər hər il belə təxribatçı əməllərə əl atırlar. Hətta Yanukoviçin prezident olduğu dövrdə də belə bir addım atılmışdı. Onda da bu məsələ müzakirəyə çıxarılmadı. Məndə olan məlumata görə artıq Türkiyə səfirliyindən də Ukrayna parlamentinə etiraz məktubu göndərilib”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR