Xaçmazda yeni avtomobil körpüsü inşa edilib

Xaçmazda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

“Azəravtoyol” ASC-dən Metbuat.az-a verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.

Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5.5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıtmışdı. Nəticədə 12 metr uzunluğunda və 4.5 metr enində olan körpü iki hissəyə bölünmüşdü.

Tikinti işləri qısa müddətdə (22 gün) yekunlaşdırılıb.

Gerçək yadplanetlinin görüntüləri yayıldı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR