Ofis işi öldürür - SƏBƏBLƏR

Ofis işi öldürür - SƏBƏBLƏR
00:12 7 Aprel 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Ofis işçilərinin 85%-i qeyri-stabil iqtisadi zamanlarda stress keçirirlər. Psixoloqlar bunun səbəbini qeyri-müəyyənliklə əlaqələndirirlər
Maliyyə vəziyyəti ilə bağlı mənfi proqnozlar top menecerlərlə yanaşı, orta qism ofis işçilərinin də narahatlığına səbəb olur. Hətta ən səbrli və təmkinli insanlar yaxınlaşan maliyyə fəlakəti səbəbdindən özlərindən çıxa bilirlər. Stress zamanı isə orqanizm adrenalin aktivliyi yaradır ki, bu da apatik vəziyyətə səbəb olur. İqtisadi çətinliklər insanların sağlamlığına təsir göstərir.

Menecer sindromu nədir?

"Sindrom meneceri" diaqnozu ilə son dövrlər daha çox rastlaşırıq. Bu da xroniki yorğunluq sindromudur. Xroniki stress fonunda şəxsiyyətin kasadlaşması prosesi gedir. İşgüzar adamın imkanlarını zəiflədir.

Risk qrupuna kimlər aiddir

"Menecer sindromu" daha çox 30-50 yaş arası ofis işçiləri arasında görünür. Əsasən də, qadınlar bu sindromdan əziyyət çəkirlər.

Səbəb axtarırıq

Psixoloqlar hesab edirlər ki, məsələnin kökündə reallıqdan qaçmaq problemi dayanır. İnsanlar tamamilə işə yüklənirlər. Bunu karyera yüksəlişi üçün deyil, ailə və digər problemləri həll etmək üçün edirlər. İşlərini elə planlaşdırırlar ki, bir dəqiqə də boş vaxtları olmasın. Həkimlər isə deyirlər ki, effektiv iş yalnız mütəmadi fasilələrlə mümkün olur.

Özümüzə necə yardım edə bilərik?


Çalışın ki, evdə də üzərinizə iş götürməyin. Daha çox vaxtınızı təmiz havada keçirin. İmkan daxilində gəzinti zamanı mobil telefonu söndürün.

Ən əsası isə emosional vəziyyəti normallaşdırmaq və daha çox pozitiv emosiyalara yüklənmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/333128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR