Depressiyaya düşdü, bir dəri bir sümük qaldı (VİDEO,FOTO)

Depressiyaya düşdü, bir dəri bir sümük qaldı (VİDEO,FOTO)
16:11 9 Yanvar 2015
225 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın ən arıq qadını Rusiyada yaşayır. ANS PRESS-in məlumatına görə, Çelyabinskdə yaşayan 23 yaşlı Nataliya Jultayevanın çəkisi cəmi 21 kq-dır.
168 sm boyu olan qız sevgilisindən ayrıqldıqdan sonra depressiyaya düşərək bir dəri bir sümük qalıb.

Belə ki, onun görüşdüyü və evlilik planları qurduğu oğlan heç bir açıqlam vermədən Nataliyadan ayrılıb. Bundan sonra depressiyaya düşən qız yməkdən imtina edib. O, hər şeyə səbəb kimi artıq çəkisini görüb.

Ayrılıqdan bir müddət sonra o 30 kq çəki itirib. İndi bütün sümükləri gözlə görünən qızın çəkisi 21 kq 500 qramdır.
Anoreksiyadan əziyyət çəkən Nataliya işini də itirib. İndi o demək olar ki, evdən çölə çıxmır.

Həkimlər qızın çəkisinin 6-7 yaşlı uşaq qədər olduğunu deyirlər.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR