"Atletiko"dan "Mançester Yunayted"ə təklif

"Mançester Yunayted"in futbolçusu Ander Errera İspaniyaya qayıda bilər.

Metbuat.az-ın məlumatına görə, İspaniya millisinin üzvü üçün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan "Atletiko" təklif göndərib.

28 yaşlı yarımmüdafiəçinin "MY"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Premyer Liqa klubu hələ ki, ona yeni müqavilə təklif etməyib. Britaniya mətbuatı Erreranın "Atletiko"ya keçməyə razı olduğunu yazıb.

Qeyd edək ki, Errera 2014-cü ildən "MY"da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR