PSJ-nin avtobusuna basqın (FOTO)

PSJ-nin avtobusuna basqın (FOTO)
00:21 7 Aprel 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqa 1-də çempionluq mübarizəsi aparan “Marsel” və PSJ komandaları arasında qarşılaşma da qalmaqalsız ötüşməyib.

ANS PRESS-in məlumatına görə, turnir cədvəlində 2-3-cü yerləri bölüşən komandaların oyunundan əvvəl parislilərin avtobusuna basqın olub.

Paytaxt təmsilçisi “Veledrom” arenasına hərəkət edərkən marselli fanatlar yolda qolf topu ilə avtobusun şüşəsini qırıblar. Hadisə arenaya 800 metrə yaxınlıqda baş verib. Ancaq hadisə zamanı heç bir futbolçu xəsarət almayıb.

Qeyd edək ki, “Marsel” doğma meydanda PSJ 2-3 hesabı ilə məğlub olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR