Kataloniya parlamentinin sədri girov müqabilində azadlığa buraxılıb

Kataloniya parlamentinin başçısı Karme Forkadel noyabrın 10-da azadlığa buraxılıb.

Metbuat.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bir qədər əvvəl spikerin müdafiəsinin onun azadlığa buraxılması üçün 150 min avro girov ödədiyi bildirilib.

Noyabrın 9-da İspaniya Ali Məhkəməsi Forkadelin girov müqabilində azad olunma hüququ saxlanılmaqla həbsi barədə qərar çıxarıb. Prokurorluq parlament başçısı və daha bir neçə deputatı üsyana cəhddə və dövlət vəsaitinin israf olunmasında ittiham edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR