Ankara Vaşinqton qarşısında tələb irəli sürdü - "FƏTÖ ilə bağlı addım atın"

ABŞ-da səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkənin vitse-prezidenti Mayk Penslə görüşüb.

Metbuat.az-ın məlumatına görə, görüşdən sonra Binəli Yıldırım açıqlama verib. O bildirib ki, “Ağ ev”dən FƏTÖ terror təşkilatına qarşı qəti addımların atılması tələb olunub.

"Fətulla Gülənin ekstradisiyası üçün prosesin başladılmasını istəyirik” deyən türkiyəli baş nazir bildirib ki, təşkilatın Birləşmiş Ştatlardakı fəaliyyəti məhdudlaşdırılmalıdır. Yıldırım İŞİD-in Suriyada bütün əraziləri itirdiyinə də diqqət çəkərək, Vaşinqtondan bu qruplaşmayla mübarizə üçün YPG-yə verilən dəstəyin dayandırmasını tələb edib.

Tərəflər viza məsələsi ilə bağlı ölkələr arasında yaranmış gərginliyi də müzakirə ediblər.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR