​İrəvanda aksiyalar səngimir -

İrəvanda hərbi xidmətdən möhlət hüququnun ləğvdən narazı qalan tələbələr aksiyaları davam etdirir.

Metbuat.az-ın məlumatına görə, İrəvan Dövlət Universitetinin əsas korpusunun qarşısına toplaşan tələbələr dərslərə girməkdən imtina ediblər. Daha sonra onlar şəhərin mərkəzində yürüş keçiriblər. Tələbələr bildiriblər ki, qanun ləğv olunmasa, aksiyalar davam etdiriləcək.

Qeyd edək ki, aksiyalar 4 gün əvvəl başlayıb. Narazı tələbələr Müdafiə və Təhsil nazirliyinin rəsmiləriylə görüşlər keçirsə də, nəticə əldə olunmayıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR