Gəncədə 16 yaşlı oğlanı maşın vurdu

Gəncədə 16 yaşlı oğlanı maşın vurdu
00:34 7 Aprel 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində baş verib.

 

Sürücüsü hələ ki, məlum olmayan ağ rəngli “VAZ 2106” markalı avtomobil şəhər sakini, 1999-cu il təvəllüdlü Sübhan Bəhmən oğlu Ələkbərovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

 

Gəncə şəhər Baş Polis İdarəsində hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR