"BREXİT"in dəqiq tarixi məlum oldu

Böyük Britaniya hökuməti Avropa Birliyini tərk edəcəyi dəqiq vaxtı açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, “Breksit”lə bağlı qanunda edilmiş düzəlişdə qeyd olunur ki, krallıq 29 mart 2019-cu il, yerli vaxtla saat 23.00-dan etibarən Birliyin üzvü sayılmayacaq.

Ölkənin Breksit məsələləri ilə üzrə naziri Devid Devisin sözlərinə görə, hökumət ictimaiyyət nümayəndələri və parlament üzvlərinin fikirlərini öyrəndikdən sonra belə dəqiqləşmə aparıb.

Devis əlavə edib ki, Britaniyanın Avropa Birliyindən çıxma prosesi uyğun şəkildə gedir və qərarı heç nə əngəlləyə bilməz.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR