Fransada avtomobil piyadaların üzərinə sürülüb -

Fransanın cənubunda sürücü avtomobili piyadaların üzərinə sürüb.

Metbuat.az-ın məlumatına görə, hadisədə ən azı 3 nəfər yaralanıb. Xəsarət alanların hər üçünün çinli tələbə olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

Sürücü saxlanılıb. Hadisənin terror olmadığı, lakin sürücünün avtomobili insanların üzərinə qəsdən sürdüyü deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR