Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb -

Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada baş verən yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

**

İkinci xəbər 22:24-də əlavə olunub

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Bildirilir ki, hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.

************

İlk xəbər 21:56-da əlavə olunub.

Bakıda çoxmərtəbəli yaşayış binada yanğın baş verib.

Metbuat.az-ın məlumatına görə, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR