Serjin Putinə arxadan zərbəsi

Serjin Putinə arxadan zərbəsi
16:11 9 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan analitikləri əmindirlər ki, Avrasiya İttifaqına daxil olan bu ölkə gec-tez NATO blokuna daxil olacaq.

ANS PRESS-in məlumatına görə, bir sıra şərhçilər iddia edirlər ki, İrəvan Rusiyanın patronajı altında olan Avrasiya İttifaqına daxil olmasına baxmayaraq, Qərblə separatçı danışıqlar aparır.

“Artıq Ermənistan rəhbərliyindən çox az şey asılıdır. Hadisələr elə inkişaf edir ki, Ermənistanın yalnız bir yolu qalıb, hətta Putinə üç dəfə sadiqlik andı içsə də həmin yolla getməlidir”,- deyə erməni şərhçi Naira Hayrumyan vurğulayır.

Hayrumyan Ermənistanın da Gürcüstanla eyni yolu gedəcəyini düşünür: “Rusiyalı oliqarx Bidzina İvanişvilinin hakimiyyətə gətirilməsinə baxmayaraq Gürcüstanı sovet düşərgəsinə heç kim qaytara bilmədi, Tiflis inadla NATO-ya doğru gedir”.

Erməni analitiklər, görünür, rəsmi İrəvanın qeyri-rəsmi mövqeyini açıqlayırlar. Yəni Serj Sarkisyan daxil olduğu Avrasiya İttifaqının, o cümlədən Rusiyanın gələcəyinə inanmır və əlaltdan Vaşinqtonla seperat danışıqlara gedir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR