Ermənilərdən daha bir təxribat

Ermənilərdən daha bir təxribat
01:31 7 Aprel 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakıya gətirələcək idmançıları Xankəndində seçdilər.

ANS PRESS-in məlumatına görə, Qarabağın göz bəbəyi sayılan Xankəndi şəhərində ermənilər sambo üzrə Respublika çempionatı keçiriblər. Həmin yarışın qalibləri isə iyun ayında Bakıda start götürəcək Avropa Oyunlarında Ermənistanı təmsil edəcəklər. Ermənistan bu yarışda iki çəki dərəcəsi üzrə iştirak edəcəklər. Ermənilər 57 və 90 kq çəkidə mübarizəyə qatılacaqlar. Azərbaycanlı idmansevərlərə yaxşı tanış olan Aşot Danielyan da həmin yarışda qalib adını qazanıb.

Xatırladaq ki, Aşot bu yaxınlarda Moskvada keçirilən turnirdə həmyerlimiz Bəxtiyar Abbasovun rəqibi olmuşdu. Danielyanın birinci pilləni tutması şərəfinə Ermənistanın dövlət himni səslənərkən isə əslən Xocavənd rayonundan olan Bəxtiyar etiraz əlaməti kimi aşağı oturmuşdu. Ermənilərin çəkisini dəyişmək bahasına olsa belə Aşotu Bakıya gətirmək cəhdi təxribat meyillərindən xəbər verir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR