Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:32 7 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 01:27 ]

Bakı. Mahir Məmmədli – APA. Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

 

Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan "Lifan" markalı minik maşını ilə eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Lifan"ın fiziki qüsurlu sürücüsü xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alan sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

 

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin məlumata görə, "Lifan" markalı avtomobilin sürücüsü Dilarə Əliyeva küçəsindən Azadlıq prospektinə dönərkən "Yol ver!" nişanının tələbinə əməl etməyib. Nəticədə "Lifan" Dilarə Əliyeva küçəsi ilə qarşıdan gələn "Nissan"la toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR