Azərbaycanın U-16 komandası Bakıda hazırlıq keçir

Azərbaycanın U-16 komandası Bakıda hazırlıq keçir
01:38 7 Aprel 2015
62 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 10-dan 19-dək Bakıda keçiriləcək UEFA-nın inkişaf turnirində iştirak edəcək və turnirə hazırlıq məqsədilə paytaxtda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesində Məmməd Hüseynov, Süleyman Əhmədov (hər ikisi “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Kamran Əliyev (hər üçü “İnter”), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı “Neftçi”), Əsgər Hüseynov (“AZAL”), İbrahim Qədirzadə, Yusif Həsənov, Kənan Səfərov (hər üçü “Xəzər-Lənkəran”), Abbas Ağazadə (“Turan”), Ərziman Rizvanov (“Sumqayıt”), Əli Sadıxov, Elvin İmanlı, Aqşin Hüseynov, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Aslan İsmayılov və Samir Əliyev (hər ikisi “Bakı”) iştirak edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_U_16_komandasi_Bakida_hazirliq_kechir-844103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR