Ağsuda bir gündə 3 mindən çox ağac əkilib

Ağsuda bir gündə 3 mindən çox ağac əkilib
00:53 7 Aprel 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 7 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu Ağsu rayonunda da müvəffəqiyyətlə davam edir.
AZƏRTAC xəbər verir ki, marafon çərçivəsində aprelin 6-da Ağsuda kütləvi ağacəkmə aksiyası keçirilib, bələdiyyə ərazilərində, küçə və parklarda, yol kənarlarında təmizlik, abadlıq işləri görülüb, yaşıllıqlara qulluq edilib.
Dövlət idarələrində, müəssisə və təşkilatlarda, eləcə də özəl sektorda çalışan 300 nəfərdən çox adamın iştirakı ilə keçirilən ağacəkmə aksiyasında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhəri ərazisindən keçən 159 kilometrində, Ağsu dairəvi yolunun kənarında, habelə Bozavand, Ağart, Gəgəli, Kəndoba və digər bələdiyyələrin ərazilərində ağac əkilib. Əkində əsasən Eldar şamı, akasiya, xan çinar və meyvə ağaclarından istifadə olunub.
Həmin gün rayonda 3000-dən çox ağac əkilib. Ümumiyyətlə, ötən ilin oktyabrından başlanan “Yaşıllaşdırma marafonu” çərçivəsində Ağsuda 17,7 min ağac əkilib.
Ağacəkmə kampaniyası davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsuda_bir_gunde_3_minden_chox_agac_ekilib-844104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR