Gəncədə dəhşət: Ölüm anını çəkdi və...

Noyabrın 2-də Gəncədə baş verən və ölümlə nəticələnən ağır yol qəzasının görüntüləri yayılıb.

Qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin – 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib.

Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. //Azxeber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR