Play Store

“Bitcoin” almaq üçün nə etmək lazımdır - FOTOLAR

Bildiyimiz bütün pul vahidlərindən daha fərqlisi var ki, bu “Bitcoin”dir. Fərq isə “Bitcoin”in rəqəmsal pul vahidi olmaqla hamı üçün əlçatan olmasıdır. Rəqəmsal pul vahidinin veb-saytının təsisçisi və rəhbəri Charles Hayterdir.

“Bitcoin”i necə almaq olar?

Bu sualı cavablandırmazdan əvvəl “Bitcoin”in alınıb-satılmasının qanuni olub olmadığını bilməliyik.

Bəzi yerli maliyyə analitiklərinin və hüquqşünasların fikrincə kriptovalyutanın Azərbaycan ərazisində istehsalı və alqı-satqısı yerli qanunvericiliyin bir sıra maddə və müddəalarını pozaraq, müəyyən nəticələr doğura bilər. Pulunuzu “Bitcoin”ə yatırmaq istəyirsinizsə və ya əksinə, onları satıb nağdlaşdırmaq niyyətindəsinizsə, bu əməliyyatları özünüzün çoxsaylı beynəlxalq birjaların birində həyata keçirə bilərsiniz. Bu zaman siz kriptovalyutanızı özünüz üçün ən sərfəli qiymətə alıb-satdığınıza az-çox arxayın ola bilərsiniz. “Bitcoin”i almaq üçün “LocalBitcoins.com” kimi saytlar var ki, siz buradan cüzdan yaradaraq “Bitcoin”i ala bilərsiniz. Bunun üçün xüsusi bacarığa gərək yoxdur. İngilis və rus dillərində təməl bilikləri olan hər kəs bunu rahatlıqla həyata keçirə bilər.

Öncə sayta daxil olursunuz:

Daha sonra “Log in” bölməsinə daxil olaraq, qeydiyyatdan keçirsiniz:

Qeydiyyatdan keçdikdən sonra qarşınızda hansı vasitə ilə almaq istədiyiniz, hansı məbləğdə almaq isədiyiniz ilə bağlı xüsusi hissə olur ki, orada istəyinizi qeyd edə bilərsiniz. Daha sonra isə “Search” bölməsini seçirsiniz. İstəklərinizə uyğun təkliflər sizə göstərilir.

Sizə uyğun olanı seçdikdən sonra “Buy” bölməsinə daxil olursunuz.

İstədiyiniz məbləği yazdıqdan sonra “Məktub” yazırsınız və göndərirsiniz.

Daha sonra isə müvafiq olaraq sizə gələn cavab və sizin yenidən göndərdiyiniz cavab göstəriləcək.

Qeyd edək ki, siz Bitcoini həm ala, həm də sata bilərsiniz. Həmçinin saytda “Wallet” bölməsinə daxil olaraq özünüz üçün cüzdan da yarada bilərsiniz.

Lakin 2 şeyi unutmaq olmaz. Əvvəlcə, onu qeyd etməliyik ki, Bitcoinin dəyəri heç də sabit deyil. Onun 430 dollar da, 7200 dollar da olan vaxtları olub. Bu isə dünyadakı siyasi və iqtisadi vəziyyətdən də çox asılıdır. Hazırda isə “Bitcoin”in qiyməti 7 min dollar civarındadır

İkinci isə hacker hücumu hələ də Bitcoin üçün əsas təhlükə olaraq qalır.

Son nəticədə siz itirə də bilərsiniz, qazana da bilərsiniz.

Çox riskli olduğunu unutmayaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR