Şabranda fermaya hücum edən atlılar qadını yabayla vurdular (VİDEO)

Şabranda fermaya hücum edən atlılar qadını yabayla vurdular (VİDEO)
02:41 7 Aprel 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda fermalardan birinə basqın edənlər tutulub.

ANS TV-nin məlumatına görə, Şabran rayonu Dəvəçi kəndində yerləşən fermalardan birinə atlılar tərəfindən basqın edilib. Hadisə bir neçə gün bundan əvvəl qeydə alınıb.

Fermaya iki nəfər naməlum şəxsin daxil olduğunu görən 1942-ci il təvəllüdlü Harunovaya Zülfi Əmrah qızı tez bayıra çıxıb. Elə bu zaman da atlılardan biri tez fermanın işıqlarını söndürüb. Digəri isə əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.

“Atlılarda biri mənə çatar-çatmaz yaba ilə başıma bir zərbə endirdi. Huşumu itirib yerə yıxıldım. Sonra ayağa qalxdım, təkrar olaraq yenə də yaba ilə başıma zərbə endirdi. Bu hall düz 4 dəfə təkrarlandı. Bundan sonra ondan məni öldürməməsi üçün yalvarmağa başladım”, – deyə Zülfi Harunova bildirib.

Qadın özünə gələndən sonra qonşuluqda yaşayanları köməyə çağırıb. Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşüblər. Onlar fermadan yalnız 2 hind quşu götürərək qaçıblar. Ferma sahibi isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Qonşuluqda yaşayanlar qışqırığıma gəliblər. Qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşərək evin bütün elektirik xəttlərin kəsərək 2 hind quşu götürərək qaçıblar”, - deyə Zülfi Harunova qeyd edib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı cinayəti törədən şəxslər qısa bir zamanda saxlanılaraq istintaqa cəlb olunub.

“Əməliyyat zamanı məlum olub ki, hadisəni törədən həmin kənddən olan, Əkbərov Cavad Əli oğlu və Seyidov İlahi Əzməmməd oğludur. Tərəfimizdən keçirilən əməliyyat nəticəsində İlham Seyidov və Cavad Əkbərov saxlanılıblar”, – deyə Şabran rayon polis şöbəsinin rəis müavini Laçın Hacıyev bildirib.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus bıçaq götürülüb.

Cavad Əkbərov törətdiyi əmələdən peşman olduğunun vurğulayıb.

“Bu işi İlahi Seyidovla birgə törədmışık. Qadının başına yaba ilə zərbə vurulmasına gəlincə, mən etmişəm. Hazırda törətdiyim əməldən çox peşmanam”, – deyə Cavad Əkbərov bəyan etdi.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR