Mikroavtobusla avtomobil toqquşdu

rkiyənin Şanlıurfa ərazisində mikroavtobusla avtomobil toqquşub.

Metbuat.az xəbər verir ki, qəza yerli vaxtla səhər saatlarında Qisas Məhəlləsində baş verib. “63 DP 614” nömrəli mikroavtobus, “38 KV 746” nömrə nişanlı avtomobillə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər ölüb, 18 nəfər ağır yaralanıb.

Hadisə yerinə təcilli yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.

Polis faktla bağlı araşdırma aparır.

Aysel Yaqubqızı / Metbuat.az

Həbs olunan şahzadələr lüks oteldə - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR