Oya Ergün İctimai radioda qonaq olub

Azərbaycanda yaşayan Türkiyənin opera və vokal sənətçisi Oya Ergün İctimai radioda Rəfail Səlimovun təqdim etdiyi "Meqapolis" verilişinin qonağı olub.

Metbuat.az xəbər verir ki, Oya Ergün Azərbaycanın Dövlət Bayraq Gününə həsr edilən verilişdə ölkəmizin dövlət himnini səsləndirib: "Əlamətdar gündə məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Dövlət himnini ifa etmək mənim üçün böyük məsuliyyətdir. Üzeyir Hacıbəyovun əsərlərini çox sevirəm və mənim üçün bütün əsərlərinin musiqisi və sözləri çox dəyərlidir".

Altı ildir Azərbaycanda yaşayan opera ifaçısı ölkəmizi çox sevdiyini qeyd edib: "Azərbaycanı çox sevirəm. Burada çox dəyərli sənət adamları ilə tanış oldum, yüksək musiqi mədəniyyətinin olduğunu gördüm. Qardaş ölkə olduğumuzu bilirdim, amma yaşadıqdan sonra bunu daha çox tərk etdim".

Oya Ergün oğlu Alp haqqında da danışıb: "Oğlumu azad böyütməyə çalışıram. Gələcəkdə hansı sənətdə xoşbəxt olacaqsa, o, sahədə fəaliyyət göstərməsini istəyirəm.

Musiqiyə marağı var, pianinoda ifa etməyi bacarır. Deyir ki, mahnı oxuyan həkim olmaq istəyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR