“DəmirBank” müştərilərə “Yığım” əmanətini təklif edir

“DəmirBank” müştərilərə “Yığım” əmanətini təklif edir
16:17 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 16:14 ]


Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” insanlara gələcək maliyyə durumunu sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etməyə və  yığımla yanaşı, faiz gəliri əldə etmələrinə yardımçı olmaq məqsədilə “Yığım” əmanətini təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açmaqla gələcəyini təmin edə bilər. Bununla yanaşı, “Yığım” əmanətinin, istənilən  zaman əmanət məbləğini artırmaq, sığortalamaq, eyni zamanda cəriməsiz tam və ya qismən çıxarmaq kimi üstünlükləri də var.

 

Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. “Yığım” əmanət məbləğinə illik 5% hesablanır.

 

Əmanət məbləği 10 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

 

Qeyd edək ki, bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR