Play Store

Suriya üçün tarixi addım - Tramp və Putin razılığa gəldi

ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin Suriya üçün razılığa gəlib.

Metbuat.az-ın məlumatına görə, Vyetnamda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) sammitində iki lider birgə bəyənat verərək bildiriblər ki, İŞİD-i tamamilə məhv etmək üçün səy göstəriləcək. Tramp və Putin Suriyanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyib.

ABŞ və Rusiya liderləri birgə bəyanatda, Suriyadakı vətəndaş müharibəsinin hərbi yolla bitməyəcəyi, Yaxın Şərqdəki təhlükəli hadisələrin qarşısını almaq məqsədilə yaxın əlaqələrin qurulması üçün də razılıq əldə ediblər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR