Şəkidə 11 illik qız cinayətinin üstü açıldı (VİDEO)

Şəkidə 11 illik qız cinayətinin üstü açıldı (VİDEO)
03:06 7 Aprel 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Şəkidə 11 il əvvəl törədilən müəmmalı hadisənin üstü açılıb. İtkin düşmüş sayılan 20 yaşlı qızı qətlə yetirən şəxs saxlanılıb.

ANS TV-nin məlumatına görə, 11 il əvvəl itgin düşmüş Şəki sakini 20 yaşlı tələbə Xəyalə Mövsümovanı qətlə yetirən şəxs saxlanılıb. Hadisənin rayon sakini, hazırda Bakı şəhərində yaşayan və əvvəllər dəfələrlə məhkum olunmuş, 33 yaşlı Ramil Salamov tərəfindən törədildiyi müəyyən edilib. Artıq saxlanılan Ramil ilkin dindirmə zamanı tələbə qızı boğaraq qətlə yetirdiyini etiraf edib.

“Ramil Salamov 20 yaşlı Xəyalə Mövsümovanı Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsindəki yarımçıq tikiliyə aparıb.Bu zaman şəxsi münasibətlər zəmində aralarında mübahisə yaranıb. Mübahisə zamanı isə Ramil Xəyaləni yarımçıq tikilinin zirzəmisində əlilə boğaraq qətlə yetirib. Səhəri Ramil hadisə yerinə qayıdaraq meyti zirzəmidə basdırıb. Daha sonra əynindəki geyimi çıxararaq yandırıb”, – deyə Şəki rayon prokurorunun müavini Vüqar Hacıyev bildirib.

Uzun illər müəmmalı şəkildə itkin düşmüş hesab edilən Xəyalə Mövsümovanın qonşuları isə baş verən hadisənin üstünün açılmasının ailə üçün təskinlik olduğunu söylədilər.

“Hər gün Xəyalənin anası qızına görə yas tuturdu. Bir neçə gün olar ki, Xəyalə barədə ailəsini məlumatlıdır. Düzdür bu xəbər xoş bir xəbər olmasa da, artıq Xəyalə barədə məlumatları var” , – deyə qonşu Yafət Heydərov qeyd edib.

Qətlə yetirilən Xəyalənin anası isə qızının öldürülməsi xəbərinə inanmaq istəmir.

Qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da itkin düşməsilə bağlı Şəki hüquq-mühafizə orqanlrında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdi.

Yalnız 2013-cü il sentyabrın 27-də rayonun Bəxtiyar Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan cəsədi aşkar edildikdən sonra ekspertizanın rəyilə onun Xəyaləyə məxsus olduğu müəyyən edilmişdi.

Mənbə
ANS-TV-Xatirə Əkbərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR