YUNESKO-ya yeni baş direktor təyin olundu - FOTO

Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı - YUNESKO-ya yeni baş direktor təyin olunub.

Metbuat.az-ın məlumatına görə, Fransanın keçmiş mədəniyyət naziri Audrey Azolayın YUNESKO-ya rəhbərlik edəcəyi təsdiqlənib. 45 yaşlı Azolay, qətərli rəqibi Əbdüləziz əl-Kavarini kiçik səs fərqi ilə üstələyərək yeni baş direktor olub. Yəhudi və Fas əsilli Azolayı YUNESKO-da çətin islahat dövrü gözləyir.

O, YUNESKO-nun ilk qadın baş direktoru İrina Bokovanın vəzifəsini icra edəcək.

Günay Elşadqızı / METBUAT.AZ


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR