Baş nazirin evi soyuldu - Almaniyada

Almaniyanın Saarland əyalətinin baş naziri, 55 yaşlı Annegret Kramp-Karrenbauerin iki mərtəbəli evindən oğurluq edilib.

Metbuat.az-ın məlumatına görə, hadisəni törədən naməlum şəxs və ya şəxslər bütün otaqları talayıblar. Evdəki bütün pulları və qızılları oğurlayan şəxslərin, hansısa sənədi və ya faylları aparıb-aparmadığı hələ ki, məlum deyil.

Hadisədən sonra baş nazirin evindəki təhlükəsizliyin lazımi səviyyədə qorunmadığı məsələsi gündəmə gəlib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR