"Neftçi"də "Xəzər Lənkəran"la matç öncəsi 5 problem

"Neftçi"də "Xəzər Lənkəran"la matç öncəsi 5 problem
03:36 7 Aprel 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XXIX turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Neftçi"də zədəlilərin sayı get-gedə artır.

ANS PRESS-in məlumatına görə, Məqsəd İsayev, Ernst Nfor və Denis Silvanın ardından Rauf Əliyev də zədəlilər siyahısına qoşulub. Hücumçu "su çiçəyi" xəstəliyinə tutulduğu üçün ən azı 3 həftə komandasına kömək edə bilməyəcək. Komandada digər itki isə Karlos Kardoso ilə bağlıdır. "Simurq"la səfər matçında qırmızı vərəqə alan futbolçunun "böyük oyun"a çıxmayacağı dəqiqdir.

"Neftçi" və "Xəzər Lənkəran" mövsümün dördüncü derbisinə çıxacaq. Qış fasiləsində əksər legionerləri ilə yollarını ayıraraq gənclərə üstünlük verən "Xəzər Lənkəran" Bakıda 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu aprelin 9-da keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=336270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR