Azərbaycanda səfir dünyasını dəyişib

02:42 7 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 03:36 ]

Bakı. Mahir Məmmədli - APA. Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.

Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən  Emin Musəvi məlumat verib.

 

Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.

 

1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR