Bakıda baş vermiş güclü yanğın söndürüldü - FHN

Bakının Nəsimi rayonunda baş verən yanğın söndürülüb.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan iki mərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR